Emin Kərimov

İnformasiya Texnologiyaları Meneceri

İT sahəsində 18 ildən artıq təcrübəyə malikdir.

2000-ci ildə İT Mütəxəssisi kimi fəaliyyətə başlayıb. Ötən 18 il ərzində o, İT sahəsində dəyərli təcrübə toplamış, informasiya prosesləri ilə əlaqədar problemləri səmərəli şəkildə həll etmək üçün ən son kommunikasiya vasitələri, proqram təminatı və praktiki təcrübə işləyib hazırlamışdır.

Emin Kərimov “North West Construction” şirkətinin departament rəhbəri kimi şirkətin bütün informasiya infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi vəzifələrini yerinə yetirən, həmçinin yaranan problemlərə qarşı tədbir görməklə, bu infrastrukturun səmərəliliyini dəstəkləyən İnformasiya Texnologiyaları Departamentinə rəhbərlik edir. Onun rolu şirkətdəki bütün informasiya sistemlərində və şəbəkələrində təhlükəsizlik siyasətinin formalaşdırılması və təşkilatçılığın planlaşdırılması ilə bağlı geniş funksiyaları əhatə edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “mühəndislik” ixtisası üzrə bakalavr dərəcəsinə malikdir.

Azərbaycan, ingilis, rus dillərini mükəmməl bilir.

1980-ci ildə Azərbaycanda dünyaya gəlib, ailəlidir, iki övladı var.