Erhan Kandaz

Mobilizasiya və demobilizasiya üzrə menecer

Erhan Kandaz 21 fevral 1977-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub.

1996-2000-ci illər arasında Anadolu Universitetinin Qiyabi Təhsil Fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alıb.

Erhan Kandaz peşəkar karyerasına 2001-ci ildə “Çukurova Exp/Inp. Inc.” şirkətində anbar müdiri olaraq başlamışdır. Daha sonra “Arkadas Ltd.”-də Microsoft AR anbar meneceri vəzifəsində çalışmış, sonra karyerasını müxtəlif beynəlxalq tikinti şirkətlərində (məsələn, “Mensel BM”/Əfqanıstan, “Okan Holding”/Qazaxıstan, “Arma Elektropanc”/BƏƏ, “Tepe Constraction”/ İraq, “Ukra”/Türkiyə, “Arma Elektropanc”/Rusiya və nəhayət, “North West”/Azərbaycan) anbarla əlaqədar vəzifələrdə davam etdirmişdir.

2014-cü ildə Azərbaycan Respublikasında “North West Construction” şirkətində baş anbar müdiri vəzifəsində işə başlamışdır. Müxtəlif məkanlardakı anbarlarda inşaat mallarına nəzarət edir və 4-50 nəfərlik komandalara rəhbərlik edir.

Erhan Kandaz anbar işi, inventar, daşınma və təchizat zənciri prosesləri kimi logistik əməliyyatların planlaşdırılması, koordinasiyası və monitorinqi sahəsində geniş yerli və beynəlxalq təcrübəyə malikdir. O, anbar idarəçiliyi sahəsində yüksək mütəxəssisdir, digər tərəfdən keyfiyyətin idarə edilməsi, vaxtın idarə edilməsi, satınalma, layihənin idarə edilməsi, düşərgələrin idarə edilməsi, MRİO (müəssisə resurslarının idarə edilməsi), MS Office və s. üzrə təcrübəyə malikdir.

Bundan əlavə, o, müvəqqəti ofis binalarının tikintisi, onların infrastrukturu, ofis avadanlıqları, obyektdəki personala yardım göstərilməsi, təmizlik xidmətlərinin koordinasiyası daxil olmaqla, lakin bununla məhdudlaşmadan, tikinti obyektində bütün müvafiq və tapşırılan inzibati fəaliyyətlərin və tapşırıqların əlaqələndirilməsi və idarə edilməsi üzrə böyük təcrübəyə malikdir.

Erhan Kandaz türk, Azərbaycan dillərini mükəmməl səviyyədə, həmçinin ingilis dilini orta səviyyədə bilir.

Ailəlidir.