Mehmet Eğilmezer

Tender və Layihələrin Monitorinqi üzrə Menecer 

İdarə Heyətinin üzvü

2005-ci ildə Dokuz Eylül Universitetinin (İzmir-TÜRKİYƏ) Mühəndislik fakültəsinin İnşaat Mühəndisliyi Bölməsini bakalavr dərəcəsi ilə bitirmişdir.

2013-cü ildə Layihə İdarəetmə İnstitutu tərəfindən təşkil edilən PMP imtahanından keçərək Layihələrin İdarə edilməsi üzrə Peşəkarlıq Sertifikatını əldə etmiş və daha sonra 2015-ci ildə Mersin Universitetində MBA proqramını başa vurmuşdur. 2013-cü ildən etibarən İnşaat Spesifikasiyası İnstitutunun və Beynəlxalq Biznes Analizi İnstitutunun dəyərli üzvüdür.

Peşəkar karyerasına sahə mühəndisi kimi başlamış və indiyə qədər özəl sektorda “Polimeks”, “DIA Holding”, “Akkord” və “Renaissance Holding” kimi aparıcı tikinti şirkətlərində bölmə rəisi, texniki ofisin müdiri, sahə rəisi, layihə menecerinin köməkçisi və layihə meneceri kimi vəzifələrdə çalışmaqla, “Turner International”, “Mott Mac Donald”, ILF, AECOM, “Entegre Project Management” və s. kimi şirkətlər tərəfindən idarə olunan uğurlu layihələri həyata keçirmişdir.

İnşaat sahəsində idarəetmə və komandalara rəhbərlik üzrə bilik və təcrübəyə malikdir və bu keyfiyyətləri sayəsində ən kiçik təfərrüatları belə, gözdən qaçırmır.

“Fərdi İnkişaf” vasitələrini və müvafiq elmi nəşrləri yaxından izləyir və öz komandasında tətbiq edir.

2018-ci ilin iyun ayından etibarən “North West Construction” şirkətində Tenderlər və Layihələrin Monitorinqi üzrə menecer vəzifəsinə təyin edilmişdir.

Türk, Azərbaycan və ingilis dillərini mükəmməl bilir.

1983-cü ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlmişdir, ailəlidir, iki övladı var.