“North West Construction” Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən, Özbəkistan Respublikası Dövlət Yollar Komitəsi tərəfindən elan olunan "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) dəhlizi 2 Qaraqalpaqstan yolu layihəsi (A380 Kunqraddan Daut-Ata Bölməsinə - 240 km)" tenderinin 3 Lot – Lot1, Lot2, Lot3 (cəmi120 km) üzrə qalib olmuşdur. Strateji əhəmiyyətli nəqliyyat dəhlizi olan və Özbəkistan Respublikasını qonşu Qazaxıstanla birləşdirən bu yol yerli və beynəlxalq əhəmiyyət kəsb edir.