Bu layihə başa çatdıqdan sonra Qubadlı və Zəngilan rayonlarında 12 min 100 hektar kənd təsərrüfatı sahəsi suvarma suyu ilə təmin olunacaq, işğaldan azad edilmiş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) yaradılacaq.
Polad boruların quraşdırılması (820 mm - 1820 mm) – 53,4 km
Xidməti yolun tikintisi – 50,8 km
Magistral boru kəməri üçün qazıntı və torpaq işləri – 589,788 m3
Magistral boru xəttinin doldurulması işləri və xəbərdarlıq lenti – 127,000 m3
Magistral kəmərin beton birləşmələri və doldurma işləri – 316,179 m3
Magistral kəmərin doldurulması işləri – 1312 m3