«North West Construction» победила в номинации «Строительная инновационная компания года»

26.12.2022

21 dekabr 2022-ci il tarixində “Caspian Energy Club” tərəfindən Bakı şəhərində yerləşən Hilton Baku hotelində “Caspian Business Award” tədbiri keçirilmişdir.

Hər zaman icra etdiyi layihələrdə üzrə innovativ həllərə xüsusi diqqət ayıran “North West Construction” bu tədbirdə inşaat innovasiyaları üzrə ilin şirkəti nominasiyasının qalibi olmuşdur.

Bu il fəaliyyətinin 15 illiyini qeyd edən “North West Construction” təsis edildiyi tarixdən etibarən qısa müddət ərzində həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə (Özbəkistan, Rusiya, Küveyt, Monteneqro kimi ölkələrdə) dövlət sifarişli və özəl investisiyalı kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.