Korporativ Mədəniyyət

Şirkətimiz başlıca məqsədində və missiyasında əks olunan ortaq dəyərlər və korporativ hədəflərlə idarə olunur.

Daha yaxşı korporativ idarəetməni, layihə rəhbərliyini və ümumilikdə daha yaxşı fəaliyyəti və keyfiyyəti təmin etmək üçün korporativ mədəniyyət və dəyərlər yaratmaq, bunları gücləndirmək çox vacibdir.

Kadr sahəsində rəqabət artdıqca, şirkətlər daha da genişləndikcə və iş tempi sürətləndikcə, güclü korporativ mədəniyyət məsələsi daha çox əhəmiyyət kəsb etməyə başlayır.

NWC-nin çoxmillətli, çoxdilli və çoxmədəniyyətli komandası şirkətin zəngin korporativ mədəniyyətinə yüksək töhfə verir.

İnsanlar bizim əsas sərvətimizdir.

NWC şirkətində biz yardımlaşma və sinergetika vasitəsilə işçilər, müştərilər, tərəfdaşlar, ortaqlar və biznesin özü üçün faydalı olan korporativ mədəniyyətə sadiqik.