Keyfiyyətə Zəmanət / Keyfiyyətə Nəzarət

"North West Construction" tətbiq edilən standartlara uyğun olaraq müştərinin keyfiyyət, etibarlılıq və səmərəlilik tələblərinə cavab verən məhsul və xidmətlərin ardıcıl və vaxtında çatdırılmasını təmin edən peşəkar mühəndis, istehsal və inşaat şirkəti kimi fəaliyyət göstərəcək.

Buna nail olmaq üçün biz aşağıdakıları təmin edirik:

  • Keyfiyyətin bütün fəaliyyətlərimizin əsasını təşkil etdiyinə və “İlk dəfə, hər dəfə düzgün hərəkət et” fəlsəfəsinə sadiq olduğumuza təminat vermək üçün rəhbərlik liderlik və sadiqlik nümayiş etdirir.
  • Planlaşdırmaq–İcra etmək-Yoxlamaq-Tədbir görmək (PİYT) proses siklı vasitəsilə müəssisəmiz ISO 9001 Keyfiyyət İdarəetmə Sistemlərinə uyğunluğu qoruyur.
  • Bütün işçilər şirkətin keyfiyyət standartlarına və müştərinin müəyyən edilmiş tələblərinə uyğunluğunu təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.
  • Hər hansı bir çatışmazlığı vaxtında müəyyənləşdirmək üçün bütün səviyyələrdə müvafiq keyfiyyət yoxlamaları aparılır və nöqsanların təkrarlanmasının qarşısını almaq üçün müvafiq korrektiv tədbirlər görülür.
  • Keyfiyyətin idarə edilməsi üzrə sistemimiz proaktivdir və operativ idarəetmə yoxlamalarının, effektiv auditlərin, əlavə dəyər analizinin həyata keçirilməsi, resursların inkişafı və yerləşdirilməsi üçün davamlı inkişafa fokuslanmışdır.
  • Təşkilatda riskə əsaslanan düşüncə təşviq olunur, məhsul və xidmətlərin çatdırılması üçün risklər müəyyənləşdirilir və effektiv şəkildə idarə olunur.
  • Keyfiyyət hədəfləri və məqsədləri vaxtaşırı işlənib hazırlanır, aydın şəkildə başa düşülür, lazımi qaydada təyin olunur və bütün maraqlı tərəflərə çatdırılır.