Risklər haqqında məlumatlılığın artırılması və işçilərin daha yaxşı müdafiəsi məqsədilə “North West Construction” şirkətinin SƏTƏM departamentinin heyəti 19.01.2017-ci il tarixində "Gəncə Mall”da “Hündürlükdə yerinə yetirilən işlər” mövzusunda təlim təşkil etmişdir.
SƏTƏM üzrə menecer qürurla bildirmişdir ki, 2015-ci ildə “Gəncə Mall” layihəsinə start verilən andan etibarən 1 970 000 təhlükəsiz iş saatı layihəsi heç bir qəza olmadan davam etmişdir.