Biznes analitik (ERP sistemi)
Responsibilities:
İşin qısa təsviri:
Biznes tələblərini texnoloji həllərə çevirmək , texniki tapşırıqları formulaşdırmaq və onların sənədləşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək məqsədi ilə biznes analitiki axtarışındayıq.
Məsuliyyətlərinizə aşağıdakılar daxildir:
Məsuliyyətlərinizə aşağıdakılar daxildir:
- Biznes ehtiyaclarını ödəmək və onların həyata keçirilməsini stimullaşdırmaq üçün proseslərin davamlı təkmilləşdirilməsi təşəbbüslərinin təşviqi
- Tələblərin müəyyən edilməsi, onların təhlili və texniki tapşırığın hazırlanması;
- Biznes tələblərinin ətraflı funksional spesifikasiyalara çevrilməsi.
- ERP Layihə planının vaxtında və büdcə çərçivəsində həyata keçirilməsində layihə menecerinə dəstək
- ERP Layihənin idarə edilməsi və xüsusi texniki sənədlərin hazırlanması;
- Xarici və daxili işçi qrupları ilə əlaqə yaratmaq;
- ERP Layihə və modullar üzrə funksional testin həyata keçirilməsinə dəstək etmək;
- ERP Layihənin müxtəlif funksiyaları üzrə keyfiyyətə nəzarət.
- ERP sistemlərinin tətbiqi layihələrində iştirak;
- İş proseslərinə görə sistemin qurulması;
- İş proseslərinin araşdırılması.
Requirements:
Əsas tələblər:
- Ali texniki və ya iqtisadi təhsil;
- ERP sistemlərinə aid və ya data analitikasına aid təcrübə;
- Texniki tapşırıqlar və müştəri ilə iş proseslərinin təhlili əsasında iş təcrübəsi;
- Biznes Proseslərinin Avtomatlaşdırılması, sorğuların aparılması və biznes tələblərinin formulaşdırılması təcrübəsi;
- Dizayn həllərinin hazırlanmasında, onların sınaqdan keçirilməsində və texniki sənədlərin hazırlanmasında iştirak təcrübəsi;
- Texniki şöbə üçün texniki dokumentləri dəqiq, tam və sərbəst yazmaq bacarığı
- SQL verilənlər bazası ilə işləmə prinsipləri haqqında elementar biliklər
- Analitik düşüncə və sistem düşüncəsi;
- İt biznes analitiki kimi əvvəlki təcrübəniz var
- Problem həll etmə, prioritetləşdirmə və təşkilatçılıq bacarıqlarını nümayiş etdirmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Biznes analitik” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq
Please, send your CV/Resume to cv@nwconstruction.com with “Vacancy:Biznes analitik (ERP sistemi)” subject.