Rəhbərliyin müraciəti

"North West Construction" şirkəti Azərbaycan Respublikasının sərhədləri daxilində və xaricində çoxşaxəli korporativ, dövlət və təşkilati müştərilər üçün bir çox uğurlu və müstəsna layihələr həyata keçirmişdir ki, bu da şirkəti bazarın ən görkəmli iştirakçılarından birinə çevirmişdir. Qeyd etməyə dəyər ki, biznes fəaliyyətimiz beş əsas sahəni əhatə edir: nəqliyyat infrastrukturu, hidrotexniki, sənaye, binalar və üst tikililər, layihə idarəolunması. Müstəsna podratçı şirkət olaraq, biz texnologiyalarımızdan və uzunmüddətli təcrübə və nailiyyətlərimiz sayəsində əldə etdiyimiz fərqli biliklərimizdən istifadə edərək, həm Azərbaycanda, həm də regional bazarlarda müştərilərimizin fərdi ehtiyaclarına uyğun xidmətlər göstərməyə çalışırıq. Təcrübəli mütəxəssislərimiz torpaq işlərindən təhvil-təslim prosesinə qədər layihələrimizin bütün mərhələlərində iştirak edirlər.
Rəqabətin getdikcə daha da artdığı iş mühitində biz "North West Construction" şirkətində daim yeni çağırışlara cavab vermək, müştərilərin ehtiyaclarını ödəmək və coğrafi əhatə dairəmizi Azərbaycandan kənarda genişləndirmək missiyamızı yerinə yetirmək üçün öz potensialımızı inkişaf etdiririk.

Davamlı dəstəyinizə görə çox təşəkkür edirəm.

ELÇİN BƏDƏLOV