Ritz-Carlton Hotel

18.06.2019-cu il tarixində “Ritz-Carlton” mehmanxanası layihəsi çərçivəsində “Obyektdə ümumi təhlükəsizlik qaydaları” mövzusunda təlimat keçirilmişdir.

Təlimatda obyektlə əlaqədar risklər, təhlükələr (o cümlədən yanğın riskləri, hündürlükdə iş zamanı yarana biləcək risklər və s.) və nəzarət/profilaktik tədbirlər planı haqqında məlumatlar əməkdaşların diqqətinə çatdırılmışdır.

Bundan əlavə, SƏTƏM meneceri əməkdaşlara təhlükəsizliklə bağlı məsləhət və tövsiyələr də vermişdir.