Biz kimik

"Nort Vest Konstrakşn" MMC (NWC) 2007-ci ildən, yəni təsis edildiyi tarixdən etibarən həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə həyata keçirdiyi ən müasir standartlara cavab verən kompleks layihələr ilə öz sözünü demiş inşaat və mühəndislik şirkətinə çevrilmişdir.

NWC şirkətinin portfelində yer alan görkəmli layihələrə misal olaraq: Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) dəhlizi 2 Qaraqalpaqstan yolu layihəsi (A380 Kunqraddan Daut-Ata bölməsinə - 240 km); Gədəbəy, Tərtər və Qazax şəhərlərində ÇSTQ-ın tikintisi; Tovuz yol inşaatı; Tovuz Suvarma və Su Paylama Sistemləri boru kəməri; “Gəncə Mall” ticarət mərkəzi; Bravo hipermarketlər və Bravo paylama anbarı; Sumqayıt Tütün Fabriki kimi layihələri göstərmək olar. NWC həmçinin Port Baku Towers; Port Baku Residence; Bakı Ağ Şəhər – “Knights Bridge” yaşayış kompleksi; Ritz-Carlton Hotel; One & Only Resort Portonovi – Monteneqro; “Cənubi Əl Mutlala” mənzil layihəsi – Küveyt; Baku Boulevard Hotel; Baku Intourist Hotel; “Pik Palace Şahdağ Hotel” layihələrində iştirak etmişdir.