Beton Prekast İstehsalat Məmulatları üzrə menecer
Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin bakalavr dərəcəsini, həmçinin Azərbaycan İqtisad Universitetinin Ümumi Təyinatlı MBA magistr proqramını bitirmişdir.
2008-ci ildən etibarən istehsalat sahəsində fəaliyyət göstərir, 15 ildən artıq təcrübəyə malikdir. Bu illər ərzində tikinti və yol materiallarının istehsalı sahəsində istehsalat rəhbəri, əməliyyatlar üzrə rəhbər kimi müxtəlif vəzifələrdə çalışmışdır.
Fəaliyyəti dövründə müasir avadanlıqların və istehsal texnologiyalarının öyrənilməsi və tətbiqi məqsədilə ABŞ və Avropada bir sıra ixtisasartırma kursları keçmiş və müvafiq sertifikatlar əldə etmişdir.