Korporativ Sosial Məsuliyyət tədbirlərimizin tərkib hissəsi olaraq, North West şirkəti 3 noyabrda Bakı Şəhər Halqası Əməliyyat şirkəti tərəfindən təşkil olunan və şanlı Qarabağ qələbəmizin 4-cü ildönümünə həsr olunmuş “Qələbə Qaçışı 2024” marafonunun dəstəkçilərindən biri olmuşdur. Tədbirə dəstək olmaqla, cəmiyyətdə sağlam həyat vərdişlərinə, insanlarda idmana olan marağı artırmaq və nümunəvi həyat tərzini təbliğ etməkdən məmnunluq duyur və bütün qalibləri təbrik edirik.