Elçin Bədəlov

İdarə Heyətinin sədri

Azərbaycan Memarlıq və İnşaat Universitetini inşaat mühəndisliyi üzrə bakalavr və magistr dərəcələri ilə bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycanda 1997-ci ildə inşaat mühəndisi kimi başlamış, daha sonra bir sıra tikinti korporasiyalarında layihə menecerinin müavini, idarə heyətinin üzvü, eləcə də icraçı direktor vəzifələrində çalışmışdır. Bununla yanaşı, Fransanın Bouygues Construction şirkətinin Türkmənistandakı layihəsində layihə meneceri vəzifəsini icra etmişdir.

Tikinti sektorunda 20 ildən artıq təcrübəyə malikdir, əmək fəaliyyəti dövründə 50-dən 2800 nəfərə qədər işçi heyətinin daxil olduğu böyük layihələrin idarəedilməsinə öz töhfəsini vermişdir.