Süni İntellekt, Robotlaşma və Rəqəmsal İnkişaf Mərkəzinin rəhbəri
Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, De Montfort Universitetində Beynəlxalq Biznes və Menecment üzrə magistr təhsili almışdır. Təşkilati inkişaf, rəqəmsal transformasiya, İnsan Resursları, biznes proseslərinin idarə olunması və ERP layihələrinin tətbiqi sahələrində 7 ildən artıq təcrübəyə malikdir. Hazırda North West şirkətində Süni İntellekt, Robotlaşma və Rəqəmsal İnkişaf Mərkəzinə rəhbərlik edir. Korporativ fəaliyyəti ilə yanaşı, Bakı Dövlət Universitetində lobbiçilik, beynəlxalq təhlükəsizlik və müasir diplomatiya fənlərini tədris edir.