Rəna Nəsibova

İnsan resursları üzrə menecer

İR sahəsində 11 ildən çox təcrübəyə malikdir.

Əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycanda İnsan Resursları üzrə mütəxəssis kimi başlayıb. Son 11 il ərzində o, işə qəbul, təşkilati/liderlik bacarıqlarının inkişafı, uyğunluq və işçilərlə münasibətlər üzrə dəyərli təcrübə qazanmışdır.

Rəna Nəsibova “North West Construction” MMC-də İnsan Resursları üzrə menecer kimi, biznesin inkişafı təşəbbüslərini dəstəkləmək üçün funksional liderlərlə birlikdə insan kapitalı strategiyası yaratmaqla İR bölməsinə rəhbərlik edir. Onun rolu müəssisə daxilində kadrların cəlb edilməsi, mükafatlandırılması, inkişaf etdirilməsi və optimallaşdırılması da daxil olmaqla, komandanın işini dəstəkləyən İR funksiyalarının geniş spektrini əhatə edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “mühəndis” ixtisası üzrə bakalavr dərəcəsinə malikdir.

Azərbaycan, ingilis, rus dillərində sərbəst danışır.

1988-ci ildə anadan olub, ailəlidir, bir övladı var.