Sərxan Əliyev

Yollarda keyfiyyətə nəzarət üzrə menecer

Avtomobil yollarının yenidən qurulması, inşası və bərpası üzrə beynəlxalq layihələrin icrasında 20 ildən çox təcrübəyə malikdir.

Bir sıra xarici ölkələrdə İtaliya, Türkiyə və Böyük Britaniyanı təmsil edən şirkətlərdə keyfiyyətə nəzarət və layihələrin idarəedilməsi üzrə fəaliyyət göstərmişdir. Həmçinin beynəlxalq Məsləhətçi Mühəndis təşkilatının üzvü kimi, Keyfiyyətə Nəzarət üzrə Baş Mühəndis olaraq Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı kimi maliyyə institutlarının maliyyələşdirdiyi və avtomobil magistrallarının inşası üzrə beynəlxalq layihələrin icra olunmasına öz töhfəsini vermişdir.

Beynəlxalq Layihələrinin idarə olunması, Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarətin təşkil edilməsi üzrə geniş təcrübəyə malikdir.

Beynəlxalq Məsləhətçi Mühəndislər Federasiyasının (FIDIC) tələbləri əsasında icra olunmuş layihələrdə Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət Meneceri kimi prosesləri və məhsulları yüksək keyfiyyətlə tamamlamaq üçün strategiyalara, məqsədlərə və əməliyyat vəziyyətinə nəzarət etmişdir. İstehsalatda tənzimləyici beynəlxalq standartlara əməl olunmasını təmin etmək üçün keyfiyyət əməliyyat prosedurlarının həyata keçirilməsinə rəhbərlik etmişdir.

Moskva Dövlət Avtomobil Yolları Texniki Universitetində «Tikinti materialları və məmulatları» ixtisası üzrə magistr dərəcəsi almışdır.

FIDIC Müqavilə Şərtləri Çoxtərəfli İnkişaf Bankları (MDB) Uyğunlaşdırılmış nəşr 2010 üzrə sertifikat ilə təltif edilmişdir.

TÜV Avstriya şirkəti tərəfindən İSO 9001:2015 üzrə auditor sertifikatı ilə təltif edilmişdir.

Türk, İngilis və Rus dillərini mükəmməl bilir.

1984-cü ildə anadan olub, bir övladı var.