Təranə Məlikova

Maliyyə hesabatları üzrə menecer

İdarə Heyətinin üzvü

Bakı Dövlət Universitetində riyaziyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir. Daha sonra Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunun Riyaziyyat fakültəsində aspirantura təhsilini davam etdirərək, riyazi anlayışlar və onların neft sektorunda praktiki tətbiqləri sahəsində təcrübəsini artırmışdır.

Akademik nailiyyətləri ilə yanaşı, Beynəlxalq Maliyyə Hesabatları Standartları və Korporativ Maliyyə sahələri üzrə sertifikatlar əldə etmişdir. Beynəlxalq şirkətlərdə maliyyə sahəsində 15 ildən artıq geniş təcrübəyə malikdir.

2015-ci ildən etibarən şirkətimizin üzvüdür.