Toğrul Rəhimli

Daxili audit Meneceri

Azərbaycan Texniki Universitetində “İdarəetmə sisteminin avtomatlaşdırılması” ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Xəzər Universitetində və Portuqaliyanın Viana do Castelo Politexnik İnstitutunda isə magistr dərəcəsi əldə etmişdir.

ISO 9001:2015 üzrə Keyfiyyətin İdarə Olunması Sisteminin aparıcı auditoru, PMI Layihə İdarəetməsi (№3283) və Strateji İdarəetmə üzrə beynəlxalq sertifikatlara sahibdir. 2017-ci ildə Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin Drezdendəki Menecerlərin Tədris Proqramını uğurla tamamlamışdır.

Əmək fəaliyyətinə “Azərenerji” ASC-də başlamış və 2018-ci ildən etibarən Daxili Audit Şöbəsinin müdiri olmuşdur.

Daxili audit, biznes proseslərinin optimallaşdırılması və idarəetmə sistemlərinin avtomatlaşdırılması sahəsində geniş təcrübəyə malikdir.