Toğrul Rəhimli

Daxili audit Meneceri

Daxili audit, müqayisəli analiz, idarəetmə sisteminin avtomatlaşdırılması, dəyişikliklərin idarə edilməsi və biznes proseslərinin optimallaşdırılması sahəsində böyük və çoxyönlü təcrübəyə malikdir.

Azərbaycan Texniki Universitetində “İdarəetmə sisteminin avtomatlaşdırılması” ixtisası üzrə bakalavr dərəcəsini, Azərbaycan Xəzər Universitetində və Portuqaliyanın Viana do Castelo Politexnik İnstitutunda magistr dərəcəsini əldə etmişdir. Keyfiyyətin İdarə olunması Sisteminin Aparıcı Auditoru (ISO 9001:2015 əsasında), Layihə İdarəetmə (PMI №3283), Strateji İdarəetmə və Planlaşdırma kimi qlobal səviyyədə tanınmış ixtisaslar üzrə sertifikatlarla təltif edilmişdir. Həmçinin 2017-ci ildə Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən Drezdendə keçirilən Menecerlərin Tədris Proqramını uğurla başa vurmuşdur.

Əmək fəaliyyətinə Azərbaycanın ikinci ən böyük dövlət şirkəti olan “Azərenerji” ASC-də başlayıb və müxtəlif vəzifələrdə çalışıb. 2012-2015-ci illərdə Strateji İnkişaf Departamentinin İdarəetmə Sisteminin Avtomatlaşdırılması şöbəsinə rəhbərlik etmişdir. “North West Construction” MMC-nin komandasına Keyfiyyətə Təminat üzrə mühəndis, daha sonra Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət Departamentinin nəzdində Daxili Monitorinq Şöbəsinin rəhbəri kimi qoşulmuşdur. 2018-ci ilin yanvar ayından Daxili Audit şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.