28 Aprel- Ümumdünya Əməyin Mühafizəsi günüdür

28.04.2024

28 aprel 2024-cü il tarixində “Ağdam-Füzuli yolunun tikintisi” və “Füzuli şəhərinin daxili yollarının və kommunikasiya xətlərinin tikintisi” layihələrində “Ümumdünya Əməyin Mühafizəsi günü”nə həsr edilmiş SƏTƏM tədbirləri keçirilmişdir. Tədbirlər yanğın zamanı davranış qaydaları haqqında praktiki təlim və əməyin mühafizəsi qaydalarına mütəmadi riayət edən nümunəvi işçilərin mükafatlandırılmasından ibarət olmuşdur. North West Construction şirkəti ətraf mühitin və əməyin mühafizəsinə, işçilərin təhlükəsizliyinə və SƏTƏM qaydalarının bütün tələblərinə böyük əhəmiyyət verir və iş yerlərində təhlükəsizliyin davamlı olaraq yaxşılaşdırılmasına çalışır.