21 nəfərdən ibarət komanda ilə 21 km-ə qarşı!

13.05.2018

13 may 2018-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilib.

Korporativ Sosial Məsuliyyətin vacibliyini nəzərə alan “North West” də bu marafonda 21 nəfərlik komanda ilə iştirak etmişdir. “North West”in əməkdaşları “Küləyə qalib gəl!” şüarı ilə Dövlət Bayrağı Meydanından Olimpiya Stadionuna qədər 21 km məsafəni qət edərək uğurla finişə çatıblar.

“Bakı Marafonu-2018”in məqsədi idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah əməllər ətrafında birləşdirməkdir.