21 nəfərdən ibarət komanda ilə 21 km-ə qarşı!

13.05.2018

13 may 2018-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilib.

Korporativ Sosial Məsuliyyətin vacibliyini nəzərə alan “North West Construction” MMC də bu marafonda 21 nəfərlik komanda ilə iştirak etmişdir. “North West Construction” MMC-nin əməkdaşları “Küləyə qalib gəl!” şüarı ilə Dövlət Bayrağı Meydanından Olimpiya Stadionuna qədər 21 km məsafəni qət edərək uğurla finişə çatıblar.

“Bakı Marafonu-2018”in məqsədi idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah əməllər ətrafında birləşdirməkdir.