Avstriyalı inşaat mütəxəssisləri “North West Construction” şirkətinin biznes fəaliyyəti ilə tanış olublar

15.04.2019

10 aprel 2019-cu il tarixində NWC-nin baş qərargahında Avstriyanın Krems Universitetinin Tikinti menecmenti üzrə magistr proqramının məzunları və professor-müəllim heyəti ilə görüş keçirilmişdir. Görüş NWC-nin korporativ profili haqqında ümumi məlumatla başladı və daha sonra NWC üzvləri NWC-nin fəaliyyəti, layihə portfeli, gələcək planları və hədəfləri haqqında ətraflı təqdimat təqdim etdilər.

Məzunlar regionun ən qabaqcıl şirkətlərindən biri olan, təkcə Azərbaycanda deyil, həm də xarici layihələrdə fəal iştirak edən NWC-də karyera imkanlarına böyük maraq göstərirdilər.

Bundan əlavə, NWC əməkdaşlarının Krems Universiteti tərəfindən keçirilən peşəkar inkişaf kurslarında və təlimlərdə iştirak imkanları da müzakirə edilib. Görüş sualların cavablandırılması ilə başa çatıb.

Görüşdən sonra qonaqlar NWC-nin iki maraqlı və davam etməkdə olan layihəsinin: “Bakı Ağ Şəhər – Knightsbridge” və “Yelkən Qülləsi”nin layihə obyektlərinə baş çəkiblər ki, bu da nümayəndə heyəti üzvlərinin xüsusi marağına səbəb olub. Burada onlar layihə rəhbərləri ilə görüşmüş, layihələrin idarə edilməsi, tikintinin gedişi barədə ətraflı məlumat almış və yüksək keyfiyyətli tikintinin təşkilindən, eləcə də SƏTƏM qaydalarının tətbiqindən tam razı qalmışlar.

Qeyd edək ki, tikinti və mühəndislik sahəsində müxtəlif yerli və beynəlxalq universitetlərlə davamlı əməkdaşlıq NWC-nin prioritet istiqamətlərindən biridir.