Bu dəfə də onları sevindirdik!

26.10.2021

İnşaasında xüsusi rola malik olduğumuz “Dəniz Mall”da yerləşən "Kinderland" uşaq-əyləncə mərkəzində uşaqlar üçün bir konsept düşünüldü və sevinirik ki, bu "İnşaat sahəsi" konsepti uşaqlar tərəfindən çox böyük sevinc hissi ilə qarşılandı.

"İnşaat sahəsi" - Bu konsept özündə uşaqların həm inşaat haqqında məlumatlar ilə maarifləndirilməsini təmin edir, həm də uşaqların əyləncə ehtiyaclarını qarşılamış olur.

Məlumat üçün qeyd edək ki, "Kinderland" uşaq əyləncə mərkəzində uşaqlar qurumların, şirkətlərin sponsorluğu əsasında yaradılmış müxtəlif işlər ilə məşğul olaraq, əyləncə mərkəzinin pul vahidi olan "Kindi"lər qazana və onları yerindəcə hədiyyələrə dəyişə bilirlər.