23 avqust 2024-cü il tarixində Daşkəsən şəhəri Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası təşkil olunmuşdur.
Yarmarka işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə edilməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi daşıyırdı.
Bununla yanaşı, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 25 işəgötürən tərəfindən müxtəlif fəaliyyət sahələri üzrə 200-ə yaxın vakansiya təqdim olunmuşdur.
Qeyd etmək lazmdır ki, Nort Vest də yarmarkada müxtəlif vakansiyalarla təmsil olunmuş və edilən təkliflər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.



