Gələcək mühəndislər NWC layihələri çərçivəsində praktik işlərdə iştirak edirlər!

13.05.2019

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri “North West Construction” (NWC) şirkətinin “Knightsbridge” layihəsində iş təcrübələrini uğurla davam etdirirlər. 2019-cu il mayın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri təcrübə keçən tələbələrlə görüşüb, burada onlar üçün yaradılan şəraitlə tanış olublar. İclasda yekun kurs tapşırıqları, təhlükəsizlik qaydaları, eləcə də digər məsələlər ətrafında müzakirələr aparılıb. Sonda tələbələr və nümayəndələr yüksək səviyyədə təhlükəsizliyin və rahatlığın təmin edilməsinə görə şirkətə minnətdarlıq bildirdilər.

Xatırladaq ki, NWC tərəfindən 2018-2019-cu illərdə AMİU və BMU (Bakı Mühəndislik Universiteti) tələbələri üçün elan edilmiş Tələbə Təqaüd Proqramının Qalibləri NWC layihələri çərçivəsində öz iş təcrübələrini həyata keçirirlər.