15 avqust 2024-cü il tarixində Füzuli şəhəri Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” adlı layihə öz fəaliyyətinə başlayıb.
15-18 avqust tarixlərini əhatə edən layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşmişdir. Yay məktəbinin məqsədi doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli keçirilməsi olmuşdur. Düşərgə müddətində iştirakçı məktəblilər müxtəlif ustad dərsləri və əyləncəli fəaliyyətlərdə iştirak etmişdirlər.
Qeyd edək ki, layihənin sponsorlarından biri olan North West yay məktəbinin uğurla təşkil olunmasına öz töhfəsini vermişdir. Şirkətimiz bütün yay düşərgəsi iştirakçılarına uğurlar arzulayır!





