İlham Əliyev “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak edib

16.11.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva metronun “Koroğlu” stansiyasının yaxınlığında “Bravo” supermarketlər şəbəkəsinin yeni hipermarketinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma hipermarketdə yaradılan şərait barədə məlumat verildi.

Hipermarketin tikintisinə ötən ilin may ayında başlanılıb. Obyekt 7 hektardan çox, ticarət sahəsi isə 8000 kvadrat metrdən çox ərazini tutur.

“Bravo” supermarketlər şəbəkəsində satılan ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. Dövlətimizin başçısı bu faktı yüksək qiymətləndirdi və bu münasibətlə kollektivi təbrik etdi.

Hipermarketdə, həmçinin “Bravo” kafesi, uşaqlar üçün xüsusi guşə, “Kapital Bank”, “McDonald's” və “Buta” aptek fəaliyyət göstərəcək.

Hipermarketdə 335 iş yeri yaradılıb.

Mənbə: www.president.az