Bugün Vətən müharibəsi iştirakçısı, North West-in əməkdaşı olmuş Şəhid İsayev Rahət Rafət oğlunun dördüncü ildönümü ilə əlaqadər, əməkdaşlarımız şəhidin ailəsini və məzarını ziyarət etmişdir.
Şəhidimiz İsayev Rahət Rafət oğlu, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şücaət göstərərək, ölkəmizin azadlığı üçün canını fəda etmişdir. Xocavəndin azadlığı uğrunda savaşan şəhidimiz, 3 noyabr 2020-ci ildə baş tutan Xocavənd döyüşləri zamanı şəhid olmuş və 18 noyabr tarixində doğulduğu Biləsuvar rayonunda dəfn edilmişdir.
Rahət İsayev, Vətən müharibəsi zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Şücaətə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin. Onların xatirələri qəlbimizdə əbədi yaşayacaqdır!



