20 noyabr 2025-ci il tarixdə Bakı Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq Filialının təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illik yubileyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış karyera sərgisi keçirilmişdir. Sərgidə North West şirkəti İnsan Resursları departamentinin əməkdaşları tərəfindən xüsusi stendlə təmsil olunmuşdur. Sərginin əsas məqsədi tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ bölgəsində fəaliyyət göstərən şirkətlərlə bir araya gətirərək onların karyera imkanları barədə məlumatlandırmaq və regionun bərpası və inkişafı prosesində gənclərin iştirakına dəstək göstərmək olmuşdur. Tədbirdə 2 000-dən artıq tələbə və məzun iştirak edərək vakansiya və təcrübə proqramlarına müraciət etmək və CV təqdim etmək imkanı əldə etmişlər. Sərginin yekununda universitet və əmək bazarı arasında səmərəli tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Karyera və Məzunlarla İş Mərkəzinin əməkdaşlarının və iştirakçı şirkətlərin nümayəndələrinin iştirakı ilə şəbəkələşmə görüşü təşkil edilmişdir. Görüş zamanı mərkəzin fəaliyyət portfeli təqdim olunmuş, əməkdaşlıq imkanları və yeni tərəfdaşlıqların qurulması istiqamətində müzakirələr aparılmışdır. Tədbirdə iştirak edən şirkətlərə təşəkkürnamələr təqdim olunmuşdur.






