1 may 2025-ci il tarixində, AzMİU-da sayca VI Karyera Sərgisi təşkil olunub. Əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması və gənc mühəndislərin işə cəlb olunması məqsədi daşıyan sərgi universitetin əməkdaşlıq etdiyi, eyni zamanda qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutub. 1500-dən çox gəncə iş və təcrübə imkanı təqdim olunub. Sərgidə şirkətimizi İnsan Resursları departamenti təmsil edərək AzMİU-nun tələbə və məzunlarına şirkətimizdəki mövcud vakansiyalar haqqında məlumat verib. Onların CV-ləri şirkətimizin namizədlər bazasına əlavə edilmiş və işə qəbul prosedurları onlara izah olunmuşdur.
North West şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən VI Karyera Sərgisində iştirak etmişdir
07.05.2025






