NWC şirkəti I Milli Layihə İdarəetmə Forumuna dəstək vermişdir

18.12.2018

11 dekabr 2018-ci il tarixində Bakı şəhəri, “Four Seasons” mehmanxanasında I Milli Layihə İdarəetmə Forumu keçirilmişdir. Forumda tərəfdaş qismində “North West Construction” (NWC) şirkəti iştirak etmişdir. Yerli Layihə Meneceri Osman Hakan Özbək iştirakçılara “Layihələrin idarə edilməsi üzrə” NWC Strategiyasını təqdim etdi.

2007-ci ildən bəri NWC ölkəmizdə və beynəlxalq aləmdə nəqliyyat infrastrukturunun, hidrotexniki sistemlərin, sənaye tikililərinin, universal məqsədli bina və tikililərin tikintisini, eləcə də layihələrin idarə edilməsini həyata keçirir.

Forumun təşkilatçısı Azərbaycan Layihə İdarəetmə Assosiasiyasıdır (AzLİEA).

Bu Forumda BP, “Pasha Bank”, “Azər Türk Bank”, “Easy Service”, “PMD Group” və digər şirkətlər də iştirak etmişlər.