Prezident İlham Əliyev “Dinamo Baku” Hotelinin açılışında iştirak edib

30.07.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Dinamo Baku” hotelinin açılış mərasimində iştirak ediblər.

Hotelin baş meneceri Alberto Matos və onun dizayneri Lindo Pinto hoteldə aparılan yenidənqurma və abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdilər.

Dövlətimizin başçısı və xanımı hotelin açılışının rəmzi olan lenti kəsdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hoteldə yaradılmış şəraitlə tanış oldular.

Hotel dünya mətbəxinin nəfis nümunələrini və ən yaxşı şirniyyat çeşidləri ilə klassik günorta çayı təklif edir.

Otaqlar kondisioner ilə təchiz edilib və hotelin hər yerində pulsuz Wi-Fi mövcuddur.

İdman zalında ən müasir avadanlıqlar quraşdırılmış, qonaqlar və idmançılar üçün geniş imkanlar yaradılmışdır. Hoteldə, həmçinin üzgüçülük hovuzu, fitness və spa mərkəzi var.

Prezident hotel ilə tanışlıqdan sonra hotelin kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirdi.