Prezident İlham Əliyev “Gəncə Ticarət Mərkəzi” ilə tanış olub

01.08.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə Mall” ticarət mərkəzində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, ticarət mərkəzinin tikintisinə 2014-cü ilin avqust ayında başlanılıb və bu ilin oktyabrında başa çatıb. Səkkiz mərtəbəli ticarət mərkəzinin ümumi sahəsi 26 293 kvadrat metrdir. 411 maşınlıq yeraltı dayanacağı var. “Gəncə Mall” elektron məhsullar, məişət texnikası və ev dekorasiyası, mebel, parfümeriya, geyim, aksesuar, ayaqqabı və idman məhsulları üzrə ən son brendləri təqdim edir. Ticarət mərkəzində aptek, kitab mağazası, restoranlar və “Cinema Plus” kinoteatrı yerləşir.

Ticarət mərkəzində 800 iş yeri açılacaq.