Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Agentlik Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edib.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 24 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 253 vakansiya təqdim olunmuşdur. Agentliyin İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin müvafiq rayonlar üzrə xüsusi nümayəndəliklərinin əməkdaşları yarmarkada iştirak edən işəgötürənlərlə görüşüb, təqdim edilən vakansiyalarla maraqlanmışlar.
Qeyd edək ki, şirkətimiz adıçəkilən yarmarkada iştirak etmiş, sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilmişdir.


