“Gəncə Mall” layihəsi çərçivəsində “Hündürlükdə yerinə yetirilən işlər” mövzusunda təlim keçirilib

02.08.2018

“North West Construction” şirkətinin SƏTƏM departamenti tərəfindən “Gəncə Mall” layihəsi çərçivəsində “Hündürlükdə yerinə yetirilən işlər” mövzusunda təlim keçirilib.

Risklərə dair məlumatlılığın artırılması və işçilərin daha yaxşı müdafiə olunması məqsədilə “North West Construction” şirkətinin SƏTƏM departamentinin heyəti 19.01.2017-ci il tarixində “Gəncə Mall”da “Hündürlükdə yerinə yetirilən işlər” mövzusunda təlim keçirmişdir.

SƏTƏM üzrə menecer qürurla bildirmişdir ki, 2015-ci ildə “Gəncə Mall” layihəsinə start verilən andan etibarən 1 970 000 təhlükəsiz iş saatı layihəsi heç bir qəza olmadan davam etmişdir.

Əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək və maarifləndirmək məqsədi ilə SƏTƏM komandası tərəfindən gələcəkdə daha çox belə təlimlər təşkil olunacaq.

Ətraflı məlumat üçün videoya baxa bilərsiniz: