Zabuxçay su anbarından qidalanan magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı “Nort Vest Konstrakşn” MMC şirkəti ilə müqavilə imzalanıb

18.11.2022

18 noyabr 2022-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarından qidalanan magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı “Nort Vest Konstrakşn” MMC şirkəti ilə müqavilə imzalanıb.

Bu layihənin icrasından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12100 ha əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq. Laçın rayonu ərazisində tikiləcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri suvarma suyu ilə təmin olunacaq.