Hafiz Mehdiyev

Biznesin inkişafı və investisiyalar üzrə menecer

Niderland Krallığının Maastrixt İdarəetmə Məktəbində biznesin idarə edilməsi üzrə magistr dərəcəsini əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisası üzrə bakalavr dərəcəsinə malikdir.

Karyerasına Azərbaycanda kapital bazarları üzrə maliyyə analitiki kimi başlayıb, daha sonra özəl və dövlət sektorunda 10 ildən artıq rəhbər vəzifələrdə çalışıb.

İnfrastruktur və tikinti layihələri üçün Birgə Müəssisələr və Konsorsiumların yaradılması üzrə təcrübəlidir. Beynəlxalq tenderlərin idarə edilməsində iştirak edərək satınalma prosedurlarını formalaşdırmış və tətbiq etmişdir. İtaliyanın Turin şəhərində, Beynəlxalq Tədris Mərkəzində (ILO), Dünya Bankının maliyyələşdirdiyi layihələrdə satınalma proseslərinin idarə edilməsi üzrə peşəkar təlim keçmişdir.