Hafiz Mehdiyev

Biznesin inkişafı və investisiyalar üzrə menecer

Şirkətlərin bazar mövqeyini yaxşılaşdırmaq və maliyyə imkanlarını artırmaq üçün nəticə yönümlü təcrübəyə malikdir. Effektiv biznesin idarəolunması təcrübəsinə yiyələnmiş, analitik təfəkkür, strateji planlaşdırma, liderlik və biznes tərəfdaşları ilə güclü əlaqələrin qurulması sahəsində ixtisaslaşmışdır.

Azərbaycanda kapital bazarları üzrə maliyyə analitikindən tutmuş həm özəl, həm də dövlət şirkətlərində rəhbər vəzifələrə qədər müxtəlif vəzifələrdə 10 ildən artıq iş təcrübəsinə sahibdir.

Biznes bölmələrinin strateji planlarının hazırlanmasına dəstək vermək, texniki-iqtisadi əsaslandırmalar, biznes planları hazırlanmaq və regional bazar təhlili yolu ilə əldə olunmuş tövsiyələr və təkliflər vermək, partnyorluq danışıqlarına rəhbərlik etmək və potensial müştərilərlə görüşlər, beynəlxalq təşkilatlarla koordinasiya qurmaq, əsas infrastruktur və tikinti işləri üçün Birgə Müəssisələr/Konsorsiumlar yaratmaq kimi bir sıra sahələrdə geniş təcrübəyə malikdir.

Müxtəlif tikinti şirkətlərində beynəlxalq tenderlərdə iştirak prosedurlarını formalaşdırmış və təbliğ etmişdir. İtaliyanın Turin şəhərində Beynəlxalq Tədris Mərkəzində (İLO) Dünya Bankının maliyyələşdirdiyi layihələrdə avadanlıqların və işlərin satınalma proseslərinin idarə edilməsi üzrə bankın peşəkar məshələtçiləri tərəfindən tədris olunan praktiki beynəlxalq seminarı başa vurmuşdur.

Niderland Krallığının Maastrixt İdarəetmə Məktəbində Biznesin İdarə Edilməsi üzrə Magistr dərəcəsini bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment ixtisası üzrə bakalavr dərəcəsinə malikdir.

Evlidir. Bir övladı var.