Samir Z. Qasımov

Beynəlxalq və əməliyyat məsələləri üzrə müşavir

İdarə Heyətinin üzvü

Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə, Vaşinqton Universitetində (ABŞ) sahibkarlıq hüququ, həmçinin Bakı Dövlət Universitetində (Azərbaycan) beynəlxalq hüquq üzrə təhsil almışdır.

Bir çox şirkətlərdə baş menecerin müavini, idarə heyətinin üzvü, biznesin inkişafı üzrə menecer, korporativ idarəetmə və hüquq işləri üzrə menecer vəzifələrində çalışıb. Beynəlxalq Maliyyə Korporasiyasında (Dünya Bankı Qrupu) korporativ idarəetmə üzrə ekspert kimi fəaliyyət göstərib.

Beynəlxalq əməliyyatlar, biznes danışıqları, tikinti, sənaye, investisiya layihələri, FIDIC müqavilələri, kommersiya, hüquqi və korporativ idarəetmə sahəsində geniş təcrübəyə malikdir.