Beynəlxalq və əməliyyat məsələləri üzrə müşavir
İdarə heyətinin üzvü
17 ildən artıq korporativ və biznes təcrübəsinə malikdir.
Daha əvvəl iri regional holdinq şirkətlərində baş menecerin müavini, idarə heyətinin üzvü, biznesin inkişafı üzrə menecer, korporativ idarəetmə və hüquq işləri üzrə menecer vəzifələrində çalışıb, həmçinin keçmiş karyerasında Beynəlxalq Maliyyə Korporasiyasında (Dünya Bankı Qrupu) korporativ idarəetmə üzrə ekspert kimi işləmişdir.15 nəfərdən 600 nəfərə qədər müxtəlif komandalara rəhbərlik etmişdir. Beynəlxalq əməliyyatlar, hökumət və müştərilərlə münasibətlərin idarə edilməsi, biznes danışıqları, beynəlxalq tenderlər, tikinti, sənaye və investisiya layihələri, FIDIC (Mühəndis-məsləhətçilərin Beynəlxalq Federasiyası) müqavilələri, kommersiya, hüquqi idarəçilik, korporativ idarəetmə, eləcə də layihələrin maliyyələşdirilməsi sahəsində xüsusi təcrübəyə malikdir.
Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə dərəcəyə, Vaşinqton Universitetində (ABŞ) sahibkarlıq hüququ üzrə dərəcəyə, həmçinin Bakı Dövlət Universitetində (Azərbaycan) beynəlxalq hüquq üzrə iki dərəcəyə (fərqlənmə ilə) malikdir.
Azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilir.
1979-cu ildə anadan olub, ailəlidir, iki övladı var.