Şükür Vəliyev

Nəqliyyat şöbəsinin meneceri

 Logistika üzrə direktor

Hüquq və biznesin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. O, San- Marino Universitetinin Beynəlxalq Hüquq fakültəsinin məzunu olmuşdur.

1993-2003 -cü illər ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

Professional iş həyatına McDermott şirkətinin Nəqliyyat departamentində başlamış və 2003-2007-ci illər ərzində departament daxilində müxtəlif vəzifələrdə çalışmışdır.

Fransanın Korloff zərgərlik evinin Azerbaycanda rəsmi distribyutoru olan Shakh Jewellery şirkətində 2007-2011-ci illərdə Baş direktorun müavini vəzifəsində çalışmışdır.

2011-2016-cı illərdə Azad MMC və SMT MMC şirkətində Nəqliyyat və Tikinti sektorunun rəhbəri vəzifəsində çalışmışdır.

2016-cı ildən etibarən “North West Construction” şirkətində işə başlamışdır. Çalışdığı müddət ərzində onun birbaşa rəhbərliyi ilə şirkətin nəqliyyat sisteminin təkmilləşdirilməsinə və ümumi logistik səmərəliliyin artırılmasına nail olunmuşdur.

Onun zəngin təcrübəsi və biliyi hüquq, idarəetmə və logistika sahələrində mütəxəssis kimi çalışmasında mühüm rol oynamışdır.

O, 1975-ci ildə anadan olub, evlidir,iki övladı var.