SƏTƏMM üzrə menecer
Azərbaycan Beynəlxalq Universitetinin Hüquq və Azərbaycan Dövlət Universitetinin Geologiya fakultələrini bitirmişdir.
20 ildən artıqdır ki, bir sıra beynəlxalq şirkətlərdə fəaliyyət göstərməkdədir.
Bir çox şirkətdə SƏTƏM departamentinin rəhbəri kimi çalışıb və müxtəlif dövrlərdə 2000-4000 işçinin əmək təhlükəsizliyinin təmin edilməsi üzrə təcrübə qazanmışdır. İşlədiyi şirkətlərdə Azərbaycandakı ən hündür binaların tikintisi, Bakı Olimpiya Stadionunun inşası və ağır yüklərin qaldırılması zamanı risklərin və təhlükələrin dəyərləndirilməsi prosesinə töhfə vermişdir.