Ağdam-Füzuli Avtomobil Yolunun inşaası sürətlə davam edir

12.08.2022

Ağdam, Ağcabədi və Füzuli rayonları ərazisindən keçəcək yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon, kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.

Ümumilikdə 64,8 km olan, 32,4 km-i “North West Construction” tərəfindən inşa edilən I texniki dərəcəli yolun uzunluğu 32,4 km, hərəkət hissənin eni 15 metr təşkil edəcək, yol 4 hərəkət zolaqlı olmaqla tikilir, yol çiyinlərinin hər bir istiqamət üzrə 3,75 metr ayrıcı zolağın eni 2 metr olmaqla, yol yatağının eni 26,5 metr təşkil edir.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işləri, yararsız qruntun çıxarılması, genişləndirmə işləri icra olunur.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif ölçülü su ötürücü borular, su keçidləri həmçinin zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində 275 metr və 150 metr olmaqla 2 ədəd yeni avtomobil körpülərinin tikintisi də iş həcminə daxildir.

Artıq 6 ədəd 1500 diametrli dəmir-beton su ötürücü borunun, 8 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidin, 2 ədəd 2x2 düzbucaqlı dəmir-beton su ötürücü borunun, 2 ədəd 4x2.5 m-lik su ötürücü borunun tikintisi işləri yekunlaşıb. Bundan əlavə, layihəmizin 1-ci kilometrində (ümumilikdə layihənin 63-cü kilometrində) 11 dayaqlı, 275 metrlik avtomobil körpüsünün 9 dayağının inşaası tamamlanmış, 2-sinin inşaası davam etməkdədir.

İşin sürətləndirilməsi üçün layihə növbəli rejim əsasında 24 saatlıq iş rejiminə keçirilmişdir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...