"North West" şirkətindən mebel və interyer yenilikləri

25.10.2018

Artıq 10 ildir inkişaf edən “North West” mebel fabriki yeni mebel məhsulları üçün dizayn, istehsal və interyer həlləri təklif edir.

23-26 oktyabr 2018-ci il tarixlərində 22 ölkədən (Azərbaycan, Almaniya, İtaliya, Danimarka, Polşa, Çexiya, Yunanıstan, Çin, BƏƏ, Rusiya, Ukrayna, Türkiyə, Belarus, Qazaxıstan və s.) 301 şirkətin iştirak etdiyi “Caspian International” mebel, interyer və dizayn sərgisində “North West” mebel fabriki öz pavilyonunda ziyarətçiləri qarşılamışdır.

Sərginin girişində mebel fabrikinin “Made in Azerbaijan” adlı xüsusi formada dizayn edilmiş 2 pavilyonunda dünyanın müxtəlif ölkələrindən gətirilmiş təmiz, təhlükəsiz və sertifikatlı xammaldan hazırlanmış mebel və interyer məhsulları, ölkənin ən böyük və ən qabaqcıl layihələrində, mehmanxanalarda, biznes mərkəzlərində, universitet binalarında, xəstəxanalarda, restoranlarda, fərdi evlərdə və mənzillərdə istifadə olunan müxtəlif ölçülü və həcmli, avanqard, klassik və müasir üslubda işlənmiş 100% əl işi olan mebellər, müasir odadavamlı qapılar, oturacaqlar , yataq dəstləri, mətbəx dəstləri, masa dəstləri, divan dəstləri, aksesuarlar və s. sərgiyə gələn ziyarətçilərə təqdim olunmuşdur.

100-dən çox peşəkar yerli və xarici memar və dizaynerlərlə, məşhur italyan və digər Avropa dizaynerləri ilə əməkdaşlıq nəticəsində fabrik Azərbaycandan və xaricdən çoxlu sayda sifarişlər alır, mebel və interyer məhsullarını müştərilərə çatdırır. Sərgi zamanı “North West” mebel fabriki mebel və interyer məhsullarının istehsalı üçün müxtəlif yerli və xarici şirkətlərdən sifarişlər almışdır.

“North West” mebel fabriki ölkə daxilində və xaricdə pərakəndə müştəriləri üçün məhsul çeşidini genişləndirməyi planlaşdırır.

Sonda onu da qeyd etmək istərdik ki, sərgi ziyarətçilərinin marağına səbəb olan “North West” mebel fabrikinin pavilyonu “Sərginin ən orijinal pavilyonu” adını qazanaraq sərginin təşkilatçıları tərəfindən sertifikatla təltif edilib.