İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tütün fabrikinin açılışını edib

19.11.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” QSC-yə məxsus tütün fabrikinin açılışında iştirak edib.

“Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına bildirib ki, fabrikdə “Made in Azerbaijan” markalı beynəlxalq standartlara uyğun siqaretlər istehsal olunacaq. Britaniya, Almaniya və İtaliya texnologiyaları ilə inşa edilən fabrik üç növdə illik 11 milyard filtrli siqaret istehsal etmək gücünə sahib olacaq. Bu, ölkənin tütün məmulatlarına olan tələbatının 80%-ni ödəyəcək.

Dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 iş yeri yaradılıb.

Dövlətimizin başçısı fabriki istifadəyə verdi.

Mənbə: www.president.az

Tütün fabriki “North West Construction” şirkətinin tamamlanmış layihəsidir.

Sifarişçi: Tabaterra QSC

Layihənin yeri: Sumqayıt / Azərbaycan

İşlərin məzmunu: Açar təslimi (Layihənin idarə edilməsi, layihələndirmə, təmizlik işləri, konsaltinq, əsas podrat işləri, mühəndis şəbəkələri ilə əlaqədar işlər, bəzək işləri)

Layihənin müddəti: 2017-2018

Tikinti sahəsi:

• Torpaq sahəsi: 54.000 m2

• Fabrik binası: 13.800 m2

• Mühəndis şəbəkələri binası: 300 m2

• Mühafizə otağı: 60 m2

• Avtomobil dayanacağı: 3500 m2

Ümumi tikinti sahəsi: 71.600 m2