“North West Construction” şirkəti Özbəkistanda beton yolun tikintisi üzrə beynəlxalq tenderin qalibi olub

22.04.2021

“North West Construction” şirkəti Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən və Özbəkistan Respublikasının Avtomobil Yolları Dövlət Komitəsi tərəfindən elan edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) dəhlizi 2 Qaraqalpaqstan yol layihəsinin (A380 Kunqraddan Daut-Ata Bölməsinə - 240 km) 3 bölməsi (Lot) – Lot1, Lot2, Lot3 (cəmi 120 km) ilə təltif edilmişdir. Strateji əhəmiyyətli nəqliyyat dəhlizi olan və Özbəkistan Respublikasını qonşu Qazaxıstanla birləşdirən bu yol yerli və beynəlxalq əhəmiyyətə malikdir.

“Polatyol Yapı San. ve Tic S.A.” və NWC konsorsiumu istisna olmaqla, 6 müxtəlif ölkədən olan 10-dan çox şirkət bu tender prosesində iştirak etmişdir.

Layihə hər biri 40 km olan ümumilikdə 6 lotdan ibarət olmuşdur. İlk 3 Lot (Lot1, Lot2, Lot3) şirkətimizin tərəfdaş kimi təmsil olunduğu birgə müəssisəyə, digər 3 Lot isə, “China Road and Bridge Corporation”, “CCCC Third Highway Engineering Co., Ltd.,” and “Sanmenxia City Changtong Roa d and Bridge Construction Co., Ltd.” konsorsiumuna verilmişdir.

Qeyd edək ki, layihənin icrası üçün işlərə 2021-ci ilin aprelindən başlanılıb. Tikintinin 2023-cü ildə başa çatdırılması planlaşdırılır.